Sumqayıtda baş verən yol qəzasında sürücü xəsarət alıb - FOTO

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
“Ford Fusion” markalı minik avtomobilinin sürücüsü avtomobili sürətlə idarə edərək ərazidə olan bir neçə avtomobilə çırpıb. Qəza zamanı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Əliyev Coşqun Lətif oğlu kəllə-beyin travması alaraq Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //APA


