Bakıda mənzildən çılpaq qadın meyiti tapıldı - Öldürülüb və...

 11:45 01.06.2021     486

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Redaktor.az xəbər verir ki, "Oxu.az"-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 12-də qeydə alınıb.

Ordubad rayon sakini 1990-ci il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın bədəninin müxtəlif nahiyələrində qançır izləri və elektrik naqili ilə boğularaq qətlə yetirilmiş çılpaq meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.

Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.