Bakıda evlərdən oğurluq edən şəxslər tutulub

 12:18 01.06.2021     101

Bakıda iki evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini C.Həsənov saxlanılıb.

Nizami rayon polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 25-də rayon ərazisindəki evlərin birindən 4350 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən T.Vəkilov saxlanılıb.