Göyçayda oğurluq edən keçmiş məhkum saxlanılıb

 17:04 01.06.2021     180

Göyçay rayonu Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən müxtəlif məişət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Bəhruz Fərzəliyev saxlanılıb. Onun metal qəbulu yerlərinə satdığı həmin əşyalar da maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.