Kafedə başlayan yanğın yaşayış binasına keçib - VİDEO

 09:36 02.06.2021     278

Bakıda yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Nəsimi rayonunu Lev Tolstoy küçəsində yerləşən kafelərin birində baş verib.

Səhər saatlarında mətbəxdə başlayan yanğın genişlənərək yaxınlıqdakı tikililərə və yaşayış binasına da keçib

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır. //Baku TV