Yevlaxda narkotik satan şəxs saxlanılıb - FOTO

 11:46 02.06.2021     87

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-averilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə olan heroini satmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum edilmiş Fuad Qurbanov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.