Bacılar evlərdən 10 min manatlıq oğurluq edib - Bakı

 12:32 02.06.2021     328

Bakıda evdən oğurluq olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisindəki evlərin birindən 6 500 manat, 800 ABŞ dolları və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qusar rayon sakinləri R.Əlifova və bacısı saxlanılıblar.