Bakıda avtomobil ana və qızını vurub

 22:28 02.06.2021     564

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

“Gənclik” metrostansiyasının yaxınlığında avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Mahmudova İlkanə Şıxnəsib qızını və onun qızı, 2012-ci təvəllüdlü Mahmudova Aysun Burhan qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İ. Mahmudovaya sol dizin sınığı, A.Mahmudovaya isə sol budun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Vumart və Güvən reklamı Vumart Güvən