Sabirabadda faciə - Ana və iki oğlu ölüb

 09:04 03.06.2021     120

Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

Redaktor.az-ın məlumatına görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur. //APA