Şirvan sakini bıçıqlanıb

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, Şirvan sakini, 1992-ci il təvəllüdlü Novruzlu Babək Məhəmməd oğlu çoxsaylı bıçaq xəsarətləri alıb. Onun münaqişə zəminində bıçaqlandığı bildirilir.
Şirvan xəstəxanasına yerləşdirilən B.Novruzlu cərrahiyyə əməliyyatına götürülüb.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. //APA