Şəmkir sakinlərindən odlu silah götürülüb

Şəmkir sakinlərində odlu silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıtəpə kənd sakinləri C.Məmmədov və E.Vəliyevin yaşadıqları evlərə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.