Ankarada yanğın olub -ZƏRƏRÇƏKƏNLƏR VAR

 18:49 03.06.2021     287

Ankarada kimyəvi maddələr istehsal edən fabrikdə yanğın baş verib.

Redaktor.az bildirir ki, yanğın nəticəsində şəhərin Yeni mahalle rayonunda qatı və gözyaşardıcı tüstü yaranıb.

Fabrikin yaxınlığındakı biznes mərkəzi qəzanın təsirindən ziyana məruz qalıb. Yanğın nəticəsində ölən və yaralananlar olmasa da, 10-dan çox şəxs tüstüdən təsirlənərək zərər görüb.

Hadisə yerinə çox sayda xilasedicilər cəlb olunub.