Cəlilabadda yol qəzası - Yaralanan var

 03:41 04.06.2021     304

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın xəbərinə görə hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Xəsarət alan sürücü hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən