Bakıda 14 yaşlı qızı avtomobil vurub

 06:15 04.06.2021     373

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 2007-ci il təvəllüdlü Əsgərli Humay İlyas qızını vurub.

Yaralı yeniyetmə təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. //Report