Bakıda iki avtomobil toqquşub - FOTO / VİDEO

 11:52 04.06.2021     338

Ötən gün gecə saatlarında Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat "Oxu.az"-ın redaksiyasına göndərilib. 

Bildirilib ki, hadisə gecə saat 02:00 radələrində Azadlıq prospektində baş verib. Belə ki, “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.