Zaqatalada 3-cü sinif şagirdini avtomobil vurub

 16:07 04.06.2021     277

Zaqatalada məktəblini maşın vurub.

Redaktor.az-ın məlumatına görə, hadisə Zaqatala-Aşağı Tala kənd avtomobil yolunda, Aşağı Tala 1 Saylı tam orta məktəbin qarşısında baş verib. 2011-ci il təvəllüdlü Aşağı Tala kənd sakini, Cuma İlkin oğlu Şabanov Zaqatala-Aşağı Tala marşrutu üzrə işləyən mikroavtobusdan düşüb məktəbə gedəndə Zaqatala sakini Kamran Ramazanovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi C. Şabanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. //APA