Lənkəran sakinində külli miqdarda heroin aşkarlanıb

 11:46 05.06.2021     118

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.