Yevlaxda yol qəzası: Ölən və xəsarət alanlar var

 15:48 05.06.2021     369

Yevlaxda ağır yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Yevlax avtovağzalı yaxınlığındakı yol dairəsində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını “Mercedes-Vita” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. //APA