Zaqatalada ahıl kişi intihar edib

 11:47 06.06.2021     92

Zaqatalada intihar hadisəsi olub.  

Redaktor.az xəbər verir ki, hadisə ötən gün axşam radələrində rayonun Yengiyan kəndində baş verib.

Belə ki, 1954-cü il təvəllüdlü kənd sakini Nuruməhəmməd İsmayıl oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

 Aparılan ilkin araşdırma zamanı N.İsmayılovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır. //Qafqazinfo