Bakıda avtomobil mağazaya çırpılıb - VİDEO

 13:43 06.06.2021     285

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Redaktor.az bildirir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. Sürücü piyadanı vurmamaq üçün manevr edib. Nəticədə idarəetmədən çıxan avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb. //Oxu.az