Bakıda qəza tıxaca səbəb olub - FOTO

 16:17 06.06.2021     387

Bakının Ziya Bünyadov prospektində, Koroğlu metrosunun yanında, Qara Qarayev prospekti istiqamətində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda Olimpiya Stadionunun qarşısından başlayaraq hadisə yerinədək sıxlıq müşahidə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən