İmişlidə ölümlə nəticələnən qəza baş verib - FOTO

 18:10 06.06.2021     93

İmişlidə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Minik maşını və moped tipli motosiklet toqquşub.

Redaktor.az xəbər verir ki, yol qəzası ötən gün saat 23 radələrində İmişli şəhər ərazisində qeydə alınıb. Heydər Əliyev və Həzi Aslanov küçələrinin kəsişdiyi yol qovşağında 1993-cü il təvəllüdlü Əhədov Cahid Azad oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə 1997-ci il təvəllüdlü Rəhimov Vasif Cəfər oğlunun sürdüyü moped tipli motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır xəsarət alıb. Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır. //AzərTac

22