Bakıda yanğın olub - 1 nəfər xilas edilib

 18:53 06.06.2021     235

Binəqədi rayonunda yanğın olub.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 618 m² olan (hər mərtəbəsi 206 m²) üçmərtəbəli evin 2-ci mərtəbəsində pəncərə altlığı 0,5 m² sahədə və 1 ədəd kondisioner, 3-cü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 m² sahədə məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub.