Tovuzda ağır yol qəzası: Yaralılar var / FOTO

 20:33 06.06.2021     126

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Rang Rover” markalı minik maşınları toqquşub.

Qəza zamanı “Vaz 2106” markalı maşının sürücüsü 2000-ci il təvəllüdlü İsmayıl Orxan Mehdi oğlu və “Rang Rover”in sürücüsü 2000-ci il təvəllüdlü Mehralıyev Cavid İsgəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Daha bir sərnişinin də xəsarət aldığı qeyd edilib. Onun adı dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır. //APA

2222