Qəbələdə avtomobillər qoyun sürüsünü vurub - VİDEO

 20:48 06.06.2021     111

Qəbələ rayonunda yol-nəqliyyat hadisəs baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Qəbələ-Ağdaş yolunun 18-ci km-də, rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücü Məhəmməd Mehdizadə Ağdaş rayonu istiqamətində hərəkətdə olarkən “VAZ-2107” markalı avtomobillə yola çıxmış qoyun sürüsünü vurub. Daha sonra sürücü idarəetməni itirərək, avtomobili yolun kənarına aşırıb.

Bundan başqa eyni istiqamətdə hərəkətdə olan Aydın Qurbanovun idarə etdiyi “Mercedes” markalı avtomobil də qoyun sürüsünü vurub.

Nəticədə Qaradeyin kənd sakini Knyaz Hüseynova məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub.

Faktlarla bağlı araşdırma aparılır. //Report.az