Bakıda 36 yaşlı kişi intihara cəhd edib

 23:33 06.06.2021     226

Bakıda orta yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.

Redaktor.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Əjdərov Fərid Nadir oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunda iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır. //Report.az