Şəkidə sel gənc oğlanın həyatına son qoydu - FOTO / VİDEO

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qurucana çayında baş verib.
Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu. //Ölke.az