Yol qəzalarında 4 nəfər ölüb

İstirahət günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, son iki gün ərzində avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.