Abşeronda 1 tona yaxın yanacaq oğurlanıb

 13:05 07.06.2021     85

Abşeronda 1 tona yaxın yanacaq oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator və 800 litr yanacaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb.

Araşdırma aparılır.