İki nəfəri avtomobillə vurub qaçan sürücü tutulub

 14:28 07.06.2021     124

Bakıda iki nəfəri avtomobillə vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (din) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyunun 5-də saat 10 radələrində Nərimanov rayonunun Azadlıq prospektində, piyada zolağı olmayan yerdə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Eminbəyli və S.Quliyeva vurulub. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.