Bu görüntülər Azərbaycanda çəkilib - HƏKİMİ YUMRUQLADI VƏ...

Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Redaktor.az-a bildirilib ki, bu məqsədlə əyani müayinələr keçirilir. Son müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Baş verənlər ilə razılaşmayan Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edib, ona yumruq zərbələri endirib.
Daha ətraflı videodan izləyin:
Aysel Hacıyeva / Redaktor.az