Bakıda piyadanı avtomobil vuraraq öldürüb

 13:28 08.06.2021     85

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Q.Şıxəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.