Rusiyada küçədə iki məktəbli güllələndi

Rusiyanın Volqoqrad vilayətində iki yeniyetmə oxuduqları məktəbin yaxınlığında güllələnib.
Redaktor.az məlumata görə, 2005 və 2006-cı il təvəllüdlü uşaqların biri ayağından, digəri isə çiynindən yaralanıb. Yaralılara tibbi yardım göstərilib. Onların həyati təhlükəsi olmadığı deyilir.
Atəş naməlum şəxs tərəfindən açılıb. İlkin məlumatlara görə, o, pnevmatik silahdan yeniyetmələrə atəş açıb, sonra isə hadisə yerindən qaçıb.
Hazırda şübhəlinin axtarışları davam edir. //Izvestiya