Bakıda çay evi yanıb - FHN

 09:49 09.06.2021     67

Bakıda çay evində yanğın hadisəsi olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 64 m² olan çay evinin mətbəxində lambirindən ibarət tavan 3 m² sahədə və elektrik kabeli 2 p.m yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.