Bakı sakinindən 8 kiloqram narkotik götürülüb

 11:59 09.06.2021     251

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Süleymanov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 qram heroin aşkar edilib.

Davam etdirilən tədbirlələ onun Ramana qəsəbəsindəki yaşadığı evdən 6 kiloqram 80 qram heroin, 2 kiloqram 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.