Bakıda sərnişin avtobusun şüşəsini qırıb - VİDEO

Ötən gün 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov küçəsi) istiqamətində 85 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri insident törədib.
Redaktor.az xəbər verir ki, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.
Xuliqanlıq əməli ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib. //APA