Gəncədə 17 yaşlı qız 7-ci mərtəbədən YIXILIB

Gəncədə bədbəxt hadisə baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
2004-cü il təvəllüdlü Hüseynova Şəms 9 mərtəbəli binanın 7 mərtəbəsindən yıxılıb.
Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. //APA