Bakıda daş uşağın üzərinə aşıb - Ayaqları əzilib

 08:00 10.06.2021     110

Bakının Nəsimi rayonu ərazisində yerləşən Qızılgül Parkında xoşagəlməz hadisə baş verib.

Redaktor.az xəbər verir ki, parkdakı hovuzun üzərində qoyulmuş, dairəvi formalı ağır dekorativ daşlardan biri təxminən 6-7 yaşlı uşağın üzərinə aşıb.

Nəticədə onun ayaqları əzilib.

Uşaq parka çağırılmış polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb. //Report.az