Sumqayıtda narkotik satan ana və qızı tutulub - VİDEO

 13:52 10.06.2021     314

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, əməliyyat nəticəsində külli miqdarda - 2 kq-dan artıq narkotik aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 qadın - ana və qızı saxlanılıb. Onların əvvəllər də məhkumluq həyatı yaşadıqları bildirilir. 

Vumart və Güvən reklamı Vumart Güvən