Qəbələdə 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Xırxatala kəndində baş verib.
Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Qafqaz İsayev həyətindəki ağacdan gilas yığarkən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. //Report.az