Qaradağda yol qəzası: İki yük avtomobili toqquşub

 09:20 11.06.2021     250

Bakının Qaradağ rayonunda kənar dairəvi yolda (Lökbatan dairəsi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumata görə, iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb.

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.

2