Bakıda avtomobil piyadanı vuraraq öldürüb

 14:01 11.06.2021     245

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində Abşeron rayon sakini M.Bakarov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ceyhun Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.