Kür çayına yıxılan yeniyetmə xilas edilib

 14:47 11.06.2021     864

Mingəçevirdə yeniyetmə oğlan körpüdən Kür çayına yıxılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə çayın üzərindəki nəqliyyat körpüsündə baş verib.

15-16 yaşlı yeniyetmə oğlan ehtiyatsızlıq səbəbindən körpüdən çaya yıxılıb. Yeniyetmə ərazidə olan qayıqçılar tərəfindən dərhal sudan çıxarılıb. Sahilə çıxarılandan sonra ona ilkin yardım göstərilib, durumu stabildir. //APA