Otbağlayan aqreqat üstünə düşdü: TƏCİLİ BAKIYA GÖNDƏRİLDİ

 01:30 12.06.2021     322

Biləsuvar sakini ehtiyatsızlıqdan xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. 

1960-cı il təvəllüdlü Balasər Hüseynov evində təmir işi görərkən otbağlayan aqreqat onun üzərinə aşıb.  Hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan B.Hüseynov xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardımdan sonra o, Bakının xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.//APA