Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var / VİDEO

 09:09 12.06.2021     280

Gəncədə 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verib.

Redaktor.az bildirir ki, yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib. //APA