Oğuzda yaşayış evi yanıb - FHN

 23:30 12.06.2021     333

Oğuz rayonunda yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Calut-1 qəsəbəsində, yerli sakin Rəşad Rüstəmova evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirıliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyinə baxmayaraq, ümumi sahəsi 50 kv/m olan ev yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır. //Report.az