SON DƏQİQƏ: Gəncədən çox pis xəbər gəldi... - 2 NƏFƏR ÖLÜB

 19:15 13.06.2021     816

İyunun 12-də Gəncədə Heydər Əliyev prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə baş vermiş yanğın nəticəsində xəsarət alan üç nəfərdən ikisi həyatını itirib.

Redaktor.az xəbər verir ki, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov Bakıda müalicə aldıqları xəstəxanada vəfat ediblər. 

Digər xəsarət alan 55 yaşlı İradə Rzayevanın vəziyyətinin orta ağır olduğu bildirilir. //Qafqazinfo.az