Şəki sakini sirkə turşusundan zəhərlənib

 09:47 14.06.2021     889

Şəkidə 51 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Redaktor.az-ın məlumatına görə, rayonun Qaratorpaq kənd sakini, 1972-ci il təvəllüdlü Sevda Yusif qızı Abbasova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S.Abbasovanın su əvəzinə bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub.

S.Abbasovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. //APA