Bakıda yük maşını aşdı, qarpızlar yola dağıldı - VİDEO

 17:18 14.06.2021     388

Bakı-Qazax yolunda qəza baş verib.

Redaktor.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, Ələt istiqamətində “QAZel” markalı avtomobilin təkəri partlayıb. Nəticədə maşın aşıb.

Aşan maşına yüklənən qarpızlar yola dağılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik: //Baku.ws