Satıcını hədələyib pulunu aldı - AZƏRBAYCANDA

 00:43 15.06.2021     360

İyunun 11-də naməlum şəxs Zarat kənd sakini X.Eldarovu işlədiyi mağazada bıçaqla hədələyərək quldurluq yolu ilə 50 manat pulunu alıb.

Redaktor.az xəbər verir ki,, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan rayon sakini E.Fərzəliyev saxlanılıb.//Lent.az